Rövşən Məmmədovu ittiham edən əməkdar artistin qızı da AzTV də işləyir -ƏMƏKDAR JURNALİST YAZIR

  • By admin
  • 18 İyul 2019 14:45

AzTV də aparılan struktur və kadr islahatları çərçivəsində işini itirən, yaxud da başqa işə keçirilən şəxslərin sədr əvəzi Rövşən Məmmədova qarşı ittihamları səslənir. Əməkdar jurnalist Elnur Hacıalıyev AzTV də baş verənlər haqqında qeydlərini bölüşüb.

Gununsesi.org həmin yazını təqdim edir.

22 ildir ki, Azərbaycan jurnalistikasındayam. Əməkdar jurnalistəm. Əminliklə deyə bilərəm ki, bu müddətdə bir mövqeyim olub və adıçəkilən peşə sahəsində flyuger xarakterli insanlardan da bacardıgım qədər uzaq olmuşam. Sözün əsl mənasında bir prinsip mənim üçün prioritet olub ki, əsl jurnalist çoxlarının görə bilmədiyini görməli, eşidilməyənləri eşitməlidir. İstənilən məsələdən düzgün nəticə çıxarmaq üçün baş verənlərə obyektiv, vicdanlı, qərəzsiz yanaşmalıdır. Jurnalist konkret olaraq obyektivlik hissini əsla itirməməməlidir. Birbaş mətləbə keçirəm.

İstər yazılı mətbuatda, istərsə də televiziya sahəsində çalışdıgım müddətdə jurnalistikanın təməl prinsiplərinə riayət etməyə çalışmışam və haqqı nahaqqa dəyişmək istəyənlərə əsla göz yummamışam. Aztv-də çalışdıgım qısa müddətdə də bu televiziya məbədini özümə dogma sayaraq qısa müddət ərzində gördüklərimi tam obyektiv qiymətləndirməklə, reallıq hissindən kilometrlərə uzaq olan bəzi naqislərə münasibət bildirməyi zəruru saydım. “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətiində (QSC) son 6 ayda baş verən pozitiv dəyişikliklərə qərəzli yanaşanlar başda da diktor-telejurnalist Gülşən Əkbərovanın sifarişlə işləyən saytlarda yaydıgı qeyri-obyektiv fikirlərə münasibətimi sərgiləmək istərdim.

Əvvəla insan o qədər obyektivlik hissini itirməlidir ki, birinci televiziyada son vaxtlarda gedən pozitv yenilikləri görməsin. Bunu Azərbaycanda televiziyaçılıqdan azdan-çoxdan başı çıxan insanlardan tutmuş, peşəkar televiziyaçılara qədər hər kəs etiraf edir. Konkret olaraq Gülşən Əkbərovaya gəldikdə isə, o öz konyunktur maraqlarından çıxış edərək televiziya haqqında və sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədov haqqında reallıqla uygun gəlməyən açıq qərəz nümayiş etdirib. Xatırladım ki, Gülşən Əkbərovanın qızı – Samirə Yusif qızı Nagıyeva Aztv-də Proqram baş direktorlugunda şöbə müdiri vəzifəsində çalışır. Keçmiş diktorun belə bir qərəz nümayiş etdirməsi və ədalət hissindən məhrum olmasının səbəbi nədir? Xanımın işdən azad olunması səbəbi aydın şəkildə ona izah edilib. Konkret olaraq işdən azad olunmasına səbəb bu xanıma yaşının çox omasına baxmayaraq ona göstərilən etimadı dogrultmaması, peşəkarlıqdan uzaq, lüzumsuz davranışlarla kollektivdə ciddi narazılıq yaratması olub. Bəs bu qərəzin arxasında nə dayanır. 5 ay öncə işdən azad edilən, Mətbuat gününə 4-5 gün qalmış işdən azad olunması barədə açıqlama verən keçmiş diktorun bu hərəkəti jurnalist etikasından uzaq olmaqla yanaşı görülən işlərə kölgə salmaqdan başqa cür izah oluna bilməz. Yalan məlumatlar, sensasiya xarakterli yazılar yazmaq, kimlərisə şantaj etmək olmaz! Kobud da çıxsa bu cür spekulyasiyalar reket jurnalistlərə xas bir keyfiyyətsizlikdir desəm yanılmaram. Bu addım son vaxtlar Aztv-də görülən müsbət işlərə camur atmaga hesablanıb.

Aztv-də Rövşən Məmmədovun simasında köklü dəyişikliklərin baş verməsi göz qabagındadır. Bunu hər sözə məsuliyyətlə yanaşan bir peşəkar jurnalist kimi deməliyəm. Təkcə AzTV-də gedən – tok-şouları xüsusi olaraq qeyd edə bilərəm. “Əsas məsələ”, “Günün Nəbzi”, “Rakurs” , “Nəsillərin debatı”, “GəncSən” və sair tipli tok-şouları misal göstərə bilərəm ki, bu verilişlərin sanballı və cəmiyyətdəki çəkisi barədə istər jurnalistikada sözü olan şəxslər, istərsə də ən müxtəlif sferalarda olan və öz sahəsində sözünü demiş şəxslər tərəfindən təqdir olunur. Kollektivə peşəkar şəxslərin cəlb edilməsi qısa müddətdə öz nəticəsini verir. Azərbaycan televiziyasına xaricdən baxan milyonlarla tamaşaçının rəyləri də dediklərimizi təsdiqləyir. Ölkəmizin birinci və əsas televiziya və radiosunun, bütövlükdə ölkə efir məkanına təqdim etdiyi bu yeniliklər məhz Rövşən Məmmədovun rəhbərliyi altında kollektivin son 6 aydakı əməyinin nəticəsidir. Bu reallıqları görmək üçün ən azından Aztv-nin səhər proqramlarından başlayıb gün ərzində bir-birindən maraqlı və ölkənin milli maraqlarına hesablanan verilişlərə baxmaq kifayədir. Bütövlükdə, televiziyada dinamiklik artıb, modernləşmə hiss olunur, tamaşaçı ilə interaktiv təmas diqqəti çəkir.

Bəzilərinin obyektivlik hissini itirərərk, yalanlarını dogru kimi cəmiyyətə sırımaq meyilləri isə yalnız xəstə təxəyyülün göstəricidir.

Elnur Hacıalıyev

Əməkdar jurnalist