Ruhani nazirini Zelenskinin yanına göndərdi

  • By admin
  • 20 Yanvar 2020 16:46

İran Prezidenti Həsən Ruhani təyyarə qəzası ilə bağlı mesajını Ukrayna Prezidenti Vladimir Zelenskiyə çatdırması üçün nazirini Kiyevə yollayır.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi keçirilən mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musavi bildirib.

“İranın Yol və Şəhər Tikintisi naziri Məhəmməd İslami Ukrayna Prezidenti Vladimir Zelenskiyə iranlı həmkarı Həsən Ruhaninin Ukrayna təyyarəsinin Tehranda qəzaya uğraması ilə bağlı mesajını çatdırmaq üçün Kiyevə yola düşəcək”, –  deyə Musəvi bildirib.

Xatırladaq ki, MAU aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi Tehranda qəzaya uğrayıb. Göyərtədə olan 176 nəfərin hamısı həlak olub. Sonradan məlum olub ki, təyyarə səhvən İranın RƏM sistemi tərəfindən vurulub.

Gununsesi.org