Ruhani və Madurodan Bakıdan ABŞ əleyhinə BƏYANAT

  • By admin
  • 25 Oktyabr 2019 18:20

İran prezidenti Həsən Ruhani Bakıda Qoşulmama Hərəkatının sammitində çıxış edərkən ABŞ-ı hegemonluqda ittiham edib.

ABŞ öz hərbi gücünü artırır və bütün dünyada münaqişələri qızışdırır. “Bu səylərin uğursuzluğuna baxmayaraq, ABŞ-ın hegemonluğunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik”, deyə o bildirib.

O, həmçinin ABŞ-ı siyasi məqsədlərinə nail olmaq üçün iqtisadi vasitələrdən istifadə etməkdə ittiham edib. Buna görə Qoşulmama Hərəkatının üzvləri problemlərin həlli və beynəlxalq hüquq normalarının yerinə yetirilməsi üçün səfərbər ola bilərlər.

Suriya, Yəmən və digər ölkələrdəki münaqişələrin həllinin şərti başqa ölkələrin daxili işlərinə müdaxilə etməməkdir, deyə Ruhani bildirib.

“Regionda sülh və gəmilərin sərbəst hərəkəti region ölkələrinin səyləri ilə təmin edilməlidir”, deyə İran prezidenti qeyd edib.

Venesueal prezidenti Nikolas Maduro öz çıxışını “imperializmin” tənqidinə həsr edib.

“Qoşulmama Hərəkatı güclənməli və hər hansı dövlətin polis rolu oynamasına imkan verməməlidir. Dünyada imperialist yanaşmaların qarşısını almalıyıq”, deyə Maduro bildirib.

O, QH ölkələrindən BMT-nin İnsan Hüquqları Komitəsində Venesuelanın namizədliyini dəstəkləməyi xahiş edib. “Ölkələrimizi qlobal qüvvələrdən qorumalıyıq”, deyə o bildirib.