Rumıniya xalqı öz Prezidentini seçdi

  • By admin
  • 25 Noyabr 2019 11:26

Rumıniyanın hazırkı prezidenti, Milli Liberal partiyasının namizədi Klaus Yohannis ötən gün keçirilən prezident seçkilərinin ikinci turunda qələbə qazanıb.

Gununsesi.org “Qafqazinfo”-ya istinadla xəbər verir ki, o, 66,5 faiz səslə Sosial-demokrat partiyasından olan rəqibi Viorik Dentsielə (33,5 faiz) qalib gəlib.

Beləliklə, Yohannis yenidən növbəti 5 illik müddətə Rumıniya Prezidenti postuna seçilib.

Gununsesi.org