Rusiya 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edir

  • By admin
  • 28 Yanvar 2020 13:06

Rusiya Federasiyası 2020-2021-ci tədris ili üzrə “Study in Russia” adlı təqaüd proqramı elan edir.

Gununsesi.org-un “Qafqazinfo”ya istinadən məlumatına görə, proqramda iştirak üçün sənədlərin qəbulu https://future-in-russia.com/ internet səhifəsində göstərilən qaydada həyata keçirilir.

Təqaüd proqramına müraciət etmək istəyən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.

 

Gununsesi.org