Rusiya ABŞ-a istiqraz yatırımlarını xeyli azaldıb

  • By admin
  • 19 Noyabr 2019 11:23

2019-cu ilin sentyabr ayında Rusiya ABŞ dövlət istiqrazlarına 10 milyard dollar yatırım edib.

Gununsesi.org “TASS”-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

İnvestisiyaların 3 milyardı uzunmüddətli, 7 milyardı isə qısamüddətli istiqrazlara qoyulub.

Ümumilikdə isə, 2018-ci ilin yazından Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiyaları önəmli dərəcədə azaldıb.

Belə ki, ötən ilin aprel ayında bu rəqəm 96 milyarddan 48,7 milyarda düşüb, may ayında isə bu rəqəm 14,9 milyard təşkil edib.

Bu ilin avqustundan başlayaraq Rusiya ABŞ-ın dövlət borcuna yatırımını artırmağa başlayıb.

 

Gununsesi.org