Rusiya Avropa Şurasından çıxarıla bilər

Rusiya Avropa Şurasından çıxarıla bilər

Krımı işğal etdiyi üçün 2014-cü ildə Avropa Şurasında səsvermə hüququ əlindən alınan Rusiya quruma üzlvlükdən birdəfəlik çıxarıla bilər.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, ötən gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının iclasında gələn ilin yanvarından etibarən Rusiyanın yenidən nümayəndə heyəti ilə təmsil edilmək, Avropa İnsan Haqları Məhkəməsinə hakim və Avropa Şurasına baş katib seçkilərində səsvermə hüququnu bərpa etmək məsələsi müzakirə edilib.

Belçikalı deputat Petra De Sutterin hazırladığı qanun layihəsi 79 lehinə, 99 əleyhinə səs olmaqla qəbul edilməyib.

Xatırladaq ki, Rusiya 2016-cı ildən etibarən Avropa Şurasına nümayəndə heyəti göndərmir. 2017-ci ildən isə illik 33 milyon avro olan üzvlük haqqını ödəməkdən imtina edib.

Dünən baş tutan səsvermənin nəticələri, həmçinin üzvlüklə bağlı öhdəliklərin yerinə yetirilməməsi nəzərə alınaraq Rusiyanın Nazirlər Komitəsi tərəfindən Avropa Şurasından çıxarılması ehtimalı mövcuddur.

Gununsesi.org

COMMENTS