Rusiya azərbaycanlı avtoritetlərin bu ölkədə söz sahibi olmasından narahatdır

  • By admin
  • 03 Noyabr 2016 18:00

avtoritet

Moskvanın hüquq-mühafizə orqanları  Moskva regionunda əslən Azərbaycandan olan cinayətkar birliyin fəallaşmasından ciddi narahatdır.

Gununsesi.info contact.az-a istinadən xəbər verir ki, bu birlik iki mafiya klanının – “qanuni oğrular” Nadir Səlifov (Lotu Quli) və Vaqif Süleymanov (Vaqif) birləşməsi nəticəsində formalaşıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə “Rosbalt”a bildirib ki, birləşmə bu yay baş verib. Yeni mafiya klanına Lotu Quli və Vaqif Süleymanovdan başqa “qanuni oğru” Rəşad İsmayılov da daxil olub.

Hazırda N.Səlifov ən güclü yaraqlılar “ordusu”na malikdir. Öz növbəsində Vaqif və Rəşad Gəncinskinin Moskva regionunda ticarət mərkəzlərinin və topdansatış bazarlarının sahibləri olan azərbaycanlı biznesmenlər arasında geniş əlaqələri var.

Yeni klan yeni firma və buznesmenləri bir-birinin ardınca öz “himayəsi”nə alır. Konqlomerat Moskvaətrafı rayonlarda kriminal aləmdə liderliyə iddia etməyə başlayıb. Bu proses çoxsaylı insan oğurluğu və döyülmələr ilə (yalnız əslən Azərbaycandan olanlar arasında) müşayiət edilir.

Klanın belə fəallaşması digər qruplaşmalar arasında ciddi narazılıq yaradır, belə ki, onlar nəzarətlərində olan biznesmenləri itirirlər. Nəticədə artıq müxtəlif “çəkişmələr” baş verib. Güc qurumları isə yaxın vaxtlarda mafiya rəqabətinin artacağını gözləyir.

Gununsesi.info