Rusiya Bağdadinin öldürülməsinə inanmır

  • By admin
  • 28 Oktyabr 2019 09:25

Rusiya Müdafiə Nazirliyi ABŞ-ın İŞİD lideri Əbubəkr əl-Bağdadinin Suriyada öldürülməsi bəyanatına şübhə ilə yanaşıb.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlik sözçüsü İqor Konaşenkov Amerikanı bununla bağlı fakt göstərməyə çağırıb. Onun sözlərinə görə, Suriya hökumətinin nəzarətində olmayan bütün torpaqlara “Əl Qaidə”nin şöbəsi olan “Nusra” nəzarət edir və ən böyük rəqibi olan İŞİD-in hər hansı üzvünü gördüyü yerdə qətlə yetirir:

“Bu səbəbdən İŞİD liderinin “Əl Qaidə”nin nəzarətindəki torpaqlarda olması şübhəlidir və ABŞ buna dair sübutlar göstərməlidir. Bundan başqa əməliyyatlarda iştirak edən dövlətlərin fərqli açıqlamalar verməsi də bəzi sual işarələri yaradır və şübhələri artırır”.

 

Gununsesi.org