Rusiya, Çin və İranın Hind okeanında birgə hərbi dəniz təliminə başlayacağı tarix açıqlanıb

  • By admin
  • 01 Dekabr 2019 16:55

Rusiya, Çin və İran 22 dekabr 2019-cu il – 20 yanvar 2020-ci il tarixlərində Hind okeanında birgə hərbi dəniz təlimi keçirəcək.

Gununsesi.org-un İLNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün İran Hərbi-Dəniz Donanmasının komandanı kontr-admiral Hosseyn Xanzadi bildirib.

H. Xanzadi deyib ki, təlimin məqsədi müxtəlif hadisələrin, o cümlədən dəniz quldurlarının hücumunun baş verdiyi Hind okeanının şimalında kollektiv təhlükəsizliyi təmin etmək və təhlükəsizlik səviyyəsini yüksəltməkdir.

Üç ölkənin nümayəndə heyətləri təlimin ilkin planını oktyabr ayında hazırlayıblar.

 

Gununsesi.org