Rusiya “CNN” telekanalına cərimə kəsdi

  • By admin
  • 21 Avqust 2019 09:48

Rusiya Federal Antimonopol Xidməti (FAS) “CNN” telekanalını 200 min rubl (5120,99 AZN) məbləğində cəriməyib.

Gununsesi.org xidmətin rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb reklam səsinin yüksəklik həddi yayımlanan proqramın (verilişin) səs yüksəkliyi həddindən artıq olması olub. Bu hal bir neçə dəfə təkrarlanıb.

Cərimə Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq tətbiq edilib.

Gununsesi.org