Rusiya Həmədandakı aviabazasından istifadəni dayandırdı – XİN

  • By admin
  • 22 Avqust 2016 13:21

a719979c603b693678e72387c614c6cd

Rusiya İranın Həmədandakı aviabazasından Suriyadakı hava hücumlarına dəstək kampaniyasını dayandırdı.
Gununsesi.info  “Tasnim”-ə istinadən xəbər verir ki,  bu barədə avqustun 22-də İran XİN təmsilçisi Bəhram Qasımi deyib.
Onun sözlərinə görə, artq Rusiya Həmədandakı aviabazadan istifadə etmir və uçuşlarını dayandırıb. “ Hazırdakı mərhələdə  Rusiya Suriyadakı terrorçuların məntəqələrinə aviazərblər endirmək Həmədandakı avibazadan istifadə etmə prosesi başa çatıb”-deyə, B.Qasımi vurğulayıb.
Rusiyaya məxsus  Tu-22MZ və Su-34 bombardmançı təyyarələri avqustun 16-dan etibarən Həmədan aviabazasından Suriyaya uçuşlar həyata keçirir.
İranın müdafiə naziri Hüseyn Dexqan isə deyib ki,  Rusiya İrann aviabazalarından terrorizmə qarşı qarşılıqlı birgə əməkdaşlıq nəticəsində istifadə edir.
Gununsesi.info