Rusiya İrana 2,5 mlrd avro kredit ayıracaq

  • By admin
  • 06 İyun 2016 16:38

Russia and Iran Flags

Rusiya İrana 2,5 mlrd avro həcmində kredit verəcək. Gununsesi.info RİA-Novosti-yə istinadən xəbər verir ki, bu barədə açıqlamasında Rusiya maliyyə nazirinin müavini Sergey Storçak məkumat verib. Onun sözlərinə görə, İrana veriləcək kredit artıq sonuncu sənədləşmə mərhələsindədir: “Yaxın bir və ya iki həftə ərzində sənədləşmə işi başa çatacaq. Hesab edirik ki, bu müddət ərzində Maliyyə nazirliyi danışıqlar prosesini başa çatdıracaq və sənəd imzalanmaya hazır olacaq”.

Nazir müavini onu da əlavə edib ki, bundan sonra kreditin necə və hansı formada verilməsi qaydası müəyyənləşdiriləcək.

Gununsesi.info