Rusiya kosmik teleskopunu kosmosa göndərdi

  • By admin
  • 15 İyul 2019 11:39

Rusiya X şüalarının xəritəsini çıxarmaq və neytron ulduzları müşahidə etmək üçün yeni “Spektr-RG” kosmik teleskopunu kosmosa göndərib.

Gununsesi.org xəbər verir ki, “Roscosmos” Kosmik Agentliyi “Spektr-RG”ni daşıyan “Poroton-M” raketinin “Baykonur” kosmik bazadan göndərildiyini əks etdirən video yayımlayıb.

2,7 ton ağırlığı olan kosmik teleskop Rusiyanın yanvar ayında nəzarətini itirdiyi “Spektr-R”i əvəz edəcək.

 

 2011-ci ildə kosmosa göndərilən “Spektr-R”in vəzifəsi qara dəlikləri və neytron ulduzları, həmçinin manqetik sahələri müşahidə etmək idi.
Gununsesi.org