Rusiya Müdafiə nazirinin müavini Ermənistandakı hərbi bazaya yola düşdü

Rusiya Müdafiə nazirinin müavini Ermənistandakı hərbi bazaya yola düşdü

Rusiyanın Müdafiə nazirinin müavini Andrey Kartapolovun başçılıq etdiyi nümayəndə heyəti Gümrüdəki 102-ci hərbi bazada olub.

Gununsesi.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hərbi qarnizonda nümayəndə heyətini Rusiyanın Gümrüdəki Baş Konsulluğunun təmsilçisi, Rusiyanın elmi-mədəni mərkəzinin nümayəndələri və Şirak vilayətinin administrasiyası qarşılayıb.

Rusiya hərbi bazasının komandiri Vladimir Yelkanov Kartapolovu bazanın strukturu, fəaliyyəti və müasir hərbi texnikası ilə tanış edib.

Ziyarət çərçivəsində nümayəndə heyəti “Böyük qala” hərbi şəhərciyinin həyat və məişət şəraiti ilə tanış olublar.

Qeyd edək ki, Rusiyanın Gümrüdəki 102 saylı hərbi hissəsi MDB ölkələrinin hava hücumundan müdafiə sistemi çərçivəsində döyüş növbəsi çəkir. Rusiya və Ermənistan 2010-cu ilin avqustunda hərbi bazanın fəaliyyət müddətinin 2044-cü ilədək uzadılması haqda razılıq əldə ediblər.

Gununsesi.org

COMMENTS