Rusiya sahillərində qəribə canlı tapıldı – Foto

  • By admin
  • 07 Dekabr 2017 23:13


Rusiyanın Çukotka yarımadasının sahillərində 3 metr uzunluğu olan ilanabənzər qəribə canlı tapılıb.

Gununsesi.info xəbər verir ki, mütəxəssislər bunun ABŞ sahillərində yaşayan yosun növü olduğunu bildiriblər.

Belə ki, bu canlının latıncada adının “Nereosistis luetkeana” olduğu deyilib.

Hətta sözügedən canlının bir il ərzində 25 metrə qədər uzandığı da əlavə edilib.

Dekabr ayında Şimali Amerika sahillərində baş verən fırtınalar bu yosun növünü sahilə gətirir.

 

Gununsesi.info