Rusiya Türkiyədən pomidor idxalına rəsmi icazə verdi

  • By admin
  • 31 Oktyabr 2017 22:38

Gununsesi.info xəbər verir ki, “Rosselxoznadzor” (Rusiyada kənd təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət edən dövlət qurumu-red.) noyabrın 1-dən etibarən Türkiyənin 3 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verib. 

Məlumata görə, icazə Türkiyənin “Ozaltin”, “Agrobay” və SURAL şirkətlərinə verilib. “Rosselxoznadzor”un həmin müəssisələrdə müvafiq yoxlama keçirdiyi bildirilir.

“İxracatçı müəssisə olduğu bildirilən bu şirkətlər istehsalat prosesinin bütün mərhələlərinə malikdirlər”, – deyə qurumun məlumatında bildirilir.

Qeyd edək ki, Rusiya noyabrın 1-dən Türkiyədən ölkə ərazisinə pomidor idxalına icazə verib. İdxalın həcmi Rusiya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən edilib.