Rusiya Ukrayna gəmilərini qaytarıb

  • By admin
  • 18 Noyabr 2019 19:15

Rusiya Kerç boğazında saxladığı Ukrayna gəmilərini geri qaytarıb.

Gununsesi.org  “Euronews”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2018-ci ilin noyabrında “Rusiya Federasiyasının dövlət sərhədini pozan” Ukrayna Hərbi Dəniz Donanmasına aid gəmilər noyabrın 18-də qarşı tərəfə təhvil verilib.

 

Gununsesi.org