Rusiya XİN Bakını hərbi-texniki əməkdaşlıq sahəsində strateji tərəfdaş adlandırdı

  • By admin
  • 03 Dekabr 2019 14:10

“Hərbi-texniki əməkdaşlıq Moskva ilə Bakı arasında strateji tərəfdaşlığın ən vacib sahələrindəndir”.

Gununsesi.org Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla mətbuat komfransı zamanı deyib.

Nazir qeyd edib ki, hərbi-texniki əməkdaşlıq beynəlxalq qanunvericiliyə uyğun inkişf edir.

Öz növbəsində E.Məmmədyarov bildirib ki, bu sahədə əməkdaşlıq hər zaman gündəlikdə olub.

“Müəyyən fikirlər var. Razılaşma olan kimi, KİV-ə məlumat verəcəyik”.

 

Gununsesi.org