Rusiyada azərbaycanlı güllələndi

  • By admin
  • 03 Oktyabr 2019 14:39

Sankt-Peterburqda taksi fəaliyyəti ilə məşğul olan “Hyunday Solaris”  markalı maşının sürücüsü azərbaycanlı sərnişini güllələyərək hadisə yerindən qaçıb.

Bu barədə yerli KİV Sankt-Peterburqun hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat verib.

Oktyabrın 2-i saat 19:44-də Nauki prospekti 2 nömrəli binanın yaxınlığında eşidilən güllə səsi barədə polisə məlumat daxil olub.

Hadisə yerinə gələn asayiş keşikçiləri məlumatı təsdiqləyib. Təcili yardım əməkdaşları yaralanan 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşını xəstəxanaya çatdırıblar. Onun travmatik güllə yarası aldığı bildirilir.

Hadisənin təfərrüatı barədə zərərçəkən məlumat verib. Onun sözlərinə görə, maşında yaranan mübahisədən sonra sürücü ona dörd dəfə atəş açıb.

Polis dörd mərmi, bir metal top götürüb və cinayət işinin açılması üçün tədbirlər görülür.

Gununsesi.org