Rusiyada azərbaycanlıların bağladığı saxta nikahlar ləğv edildi

  • By admin
  • 22 Yanvar 2020 14:05

Rusiyada işləmək üçün saxta nikah bağlanan azərbaycanlı ilə bağlı məhkəmə qərar verilib.

Gununsesi.org Rv-ryazan.ru-ya istinadən xəbər verir ki, Ryazan vilayət məhkəməsi bir neçə saxta nikahı ləğv edib.

Spasski rayon prokurorluğu nikahların etibarsız elan edilməsi barədə məhkəmədə iddia qaldırıb.

 

Araşdırma zamanı məlum olub ki, Rusiya Federasiyasının vətəndaşları Azərbaycan, Özbəkistan, Vyetnam vətəndaşları ilə nikah bağlayıblar.

Bu nikahların xarici vətəndaşların Rusiyada qalaraq işləməyin qanuniliyini təmin etmək məqsədi ilə bağlandığı müəyyən edilib.

Məhkəmə rayon prokurorluğunun iddialarını təmin edərək əcnəbilərlə Rusiya vətəndaşları arasında bağlanmış nikahları bağlandıqları gündən etibarsız elan edib və nikah qeydiyyatı aktları ləğv edilib.

Gununsesi.org