Rusiyada deputat köməkçisinin 3 milyonluq qızılını oğurladılar

  • By admin
  • 31 Oktyabr 2019 21:09

Rusiya Dövlət Dumasının millət vəkili İnessa Muradovanın köməkçisi oğurluq faktı ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib.

Gununsesi.org Rusiya KİV-nə istinadən xəbər verir ki, o, polisə müraciətində mənzilindən qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Qadının sözlərinə görə, sapfir, mirvari, brilliantlardan ibarət qızılları gödəkçəsinin cibindən götürülüb.

Onların ümumi dəyəri 3 milyon rubl olub. Polis araşdırmalara başlayıb.

 

Gununsesi.org