Həkim İİV daşıyıcısı olan xəstəni müalicə etmədi: “Qoy, ölsün!”

  • By admin
  • 18 Fevral 2020 17:15

Rusiyanın Perm vilayətində İİV (insanda immunçatışmazlığı virusu) xəstəsi həkimə müraciət edərək dərmanlarının bitdiyini deyib.

Gununsesi.org 59.ru-ya istinadən  xəbər verir ki, bu barədə İİV xəstələrinin hüquqlarını müdafiə edən qurumdan bildiriblər.

Qeyd edilir ki, koloniyada müalicə müddəti bitən xəstələrdən biri həkimə müraciət etsə də, həkim onu qəbul etməyib, üstəlik, təhqir edib.

O, xəstəyə uca səslə “dərhal stoldan kənara çəkil. Hamımızı yoluxduracaqsan!”, – deyərək qeydiyyat şöbəsinə qaçıb. Orada da həmin xəstə haqqında “qoy, tezliklə ölsün!”, – deyib.

Faktla bağlı araşdırma başlayıb.

Gununsesi.org