Rusiyada kafedə partlayış - 12 YARALI

  • By admin
  • 26 Oktyabr 2019 13:10

Rusiyanın Ulan-Ude şəhərində kafelərdən birində güclü partlayış olub.

Gununsesi.org-un “REN TV”yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Onlardan ikisi reanimasiyaya yerləşdirilib, biri isə komaya düşüb.

Qeyd olunur ki, yaralananlar kafenin işçiləri olub.

 

Gununsesi.org