Rusiyada polisə heroin satan azərbaycanlıya 10 il 6 ay iş verildi

  • By admin
  • 10 Oktyabr 2019 09:33

Rusiyanın Vladivostok şəhərində polis əməkdaşına heroin satan zaman saxlanılan Azərbaycan vətəndaşı 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Gununsesi.org-un Primorks diyarının prokurorluğunun mətbuat xidmətinə istinadən məlumatına görə, o, külli miqdarda narkotik vasitələrin qanunsuz satışı maddəsi ilə cinayət törətməkdə ittiham olunub. Pervoreçen rayon məhkəməsinin qərarına əsasən, Azərbaycan vətəndaşı cəzasını ciddi rejimli islah koloniyasında çəkəcək.

Xatırladaq ki, aylar öncə əməliyyat keçirən polis satış zamanı narkotacirin yanına sıravi adam kimi gedib və azərbaycanlı 30 min rublu (786 manat – red.) alan anda polis əməkdaşları onu yaxalayıb.

 

 

 

Gununsesi.org