Rusiyada qəzaya düşən azərbaycanlılarla bağlı rəsmi - AÇIQLAMA

  • By admin
  • 20 Sentyabr 2019 12:51

“Dağıstanda baş verən avtoqəza nəticəsində yaralananlardan birinin vəziyyəti ağırdır”. Bu barədə “Qafqazinfo”ya məlumatı Dağıstan Milli-Mədəni Muxtariyyət Mərkəzinin rəhbəri Rakif Əzizov verib.

O bildirib ki, hazırda qəzada yaralanmış 3 azərbaycanlı da xəstəxanada nəzarət altındadır:

“Onlardan birinin vəziyyəti nisbətən ağırdır. Hazırda həkimlər tərəfindən lazımi tədbirlər görülür. Hadisə diaspor təşkilatlarının nəzarəti altındadır, Komitədən hər hansı tapşırıq gəlsə, etməyə hazırıq”.

Xatırladaq ki, Dağıstanın Qayakənd rayonunun “Kavkaz” federal avtomobil yolunda “Lada Qranta” və “Hyundai Solaris” markalı avtomobillər Azərbaycan dövlət nömrə nişanlı mikroavtobusla toqquşub. Nəticədə, 2 nəfər həlak olub, 3-ü azərbaycanlı olmaqla 8 nəfər yaralanıb.

 Gununsesi.org