Rusiyada rayon rəhbəri məşuqəsini boğaraq öldürdü

  • By admin
  • 31 May 2019 23:26

Moskvanın Ramenski rayonunun rəhbəri Andrey Kulakov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib.

“Gununsesi” Rusiya KİV-nə istinadən xəbər verir ki, rayon rəhbəri sevgilisi Yevgeniya İsayenkovanı öldürməkdə şübhəli bilinir. Qadın avtomobilində boğulmuş halda aşkarlanıb. Kulakov cinayəti törətdiyini qəbul etmir.

Məlum olub ki, Andreyin həyat yoldaşı da onunla məşuqəsinin əlaqəsindən xəbərdar imiş və ərinə təzyiq göstərirmiş. Yevgeniyanın boğulduğu avtomobilində icra rəhbərinin DNT nümunələrinə rast gəlinib. Bundan başqa, poliqrafla yoxlamalar zamanı Kulakovun qətldə iştirakı təsdiqini tapıb.