Rusiyada şəhər meri qəzada öldü

Rusiyada şəhər meri qəzada öldü

Xakasiya Muxtar Respublikasının paytaxtı Abakanın meri Nikolay Bulakin avtomobil qəzasında həlak olub.
Gununsesi.org xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, Bulakin Topolkov bölgəsində öz “Ford Explorer” avtomobili ilə hərəkət edərəkən qəzaya düşüb. Məmur avtomobilin ağaca çırpılması nəticədində hadisə yerində ölüb.
Xakasiya polisi hadisənin Topolkovda dairəvi yolda baş verdiyini təsdiqləyib. Mer qəza baş verməzdən əvvəl Abakandakı litseyin yeni binasının açılışında iştirak edibmiş.
Bulakinin 1995-ci ildən Abakana rəhbərlik etdiyi bildirilir. O, həmin ildən bəri 5 dəfə bu vəzifəyə seçilib.
Gununsesi.org

COMMENTS