Rusiyada saxlanılan jurnalistdən xəbər var

Rusiyada saxlanılan jurnalistdən xəbər var

“Fuad Abbasov mayın 28-dən öncə Azərbaycana ekstradisiya edilə bilər”.

Gununsesi.org-un xəbərinə görə, bu sözləri “Yeni Müsavat”a açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri üzrə polis idarəsinin əməkdaşları tərəfindən saxlanılan jurnalist Fuad Abbasovun vəkili Elman Paşayev bildirib.

O, dünən istintaq komitəsinə getdiyini dedi: “Mən onları tələsdirirəm. Hazırda dəqiqləşdirmələr gedir. Mən tələb edirəm ki, Fuad Abbasov orada olduğu müddətdə onu sorğu-sual etsinlər”.

Картинки по запросу Elman Paşayev

Vəkilin sözlərinə görə, F.Abbasovun ekstradisiyası mayın 28-dən daha tez ola bilər. E.Paşayev artıq müvafiq cərimənin ödənildiyini və bu barədə sənədləri səfirliyə apardığını dedi. Müsahibimizin sözlərinə görə, sənədlər F.Abbasovun olduğu yerə göndəriləcək və jurnalistin ekstradisiyası daha tez baş tuta bilər.

Gununsesi.org

COMMENTS