Rusiyada tələbə yoldaşlarına atəş açdı: 2 nəfər öldü, 3 yaralı var – VİDEO

  • By admin
  • 14 Noyabr 2019 08:18

Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində İnşaat və Kommunal Kollecində silahlı insident baş verib.

“TASS” xəbər verir ki, tələbələrdən biri özü ilə tüfəng gətirib və yoldaşlarına atəş açıb.

Şahidlərin sözlərinə görə, 4-cü kurs tələbəsi dərsə gecikdiyi üçün auditoriyadan qovulub. O sinifdən çıxıb və geriyə tüfənglə qayıdıb.

Atəş nəticəsində bir nəfər hadisə yerində keçinib, üç nəfər ağır yaralanıb.

Qətli törədən şəxs polisə silahlı müqavimət göstərib və sonra intihar edib.

 

Gununsesi.org