Rusiyalı müşahidəçilər Ukraynaya buraxılmayacaq

  • By admin
  • 09 Yanvar 2019 22:24

Ukrayna xarici işlər naziri Pavel Klimkin prezident seçkilərində Rusiyadan müşahidəçilərin iştirak etməyəcəyini açıqlayıb.

Gununsesi” xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb. Nazirin sözlərinə görə, o, ATƏT-in demokratik institutlar və insan haqları üzrə direktorlar şurasına seçkilərlə bağlı məktub ünvanlayıb və Ukraynaya müşahidəçi qismində nümayəndələri dəvət edib:

“Ukrayna XİN-in rusiyalı müşahidəçilərin qeydiyyatı haqda sifarişi olmayacaq”.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.