Rusiyalı nazir: “Rusiya iqtisadiyyatı son 12 ilin ən aşağı səviyyəsinə düşüb” - HƏYƏCAN

  • By admin
  • 01 İyun 2016 11:09

Aleksey Kudrin

Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin sanksiya rejiminin  Rusiyanın ÜDM-nin ildə 0.8-1 faizədək azalmasına səbəb olduğunu bildirib.

 

Rusiyanın RNS-ə istinadən verdiyi xəbərə görə, Kudrin qeyd edib ki, Rusiyanın dünya bazarlarında və beynəlxalq kooperasiyada iştirakının genişləndirilməsi perspektivlərinə dair müşahidə olunan yüksək qeyri-müəyyənlik ölkəyə yeni investisiyaların cəlb olunmasını ləngidir.

 

Sabiq maliyyə naziri əlavə edib ki, Rusiya iqtisadiyyatı rublun zəifləməsi səbəbindən 2004-2005-ci illərin səviyyəsinə düşüb (milli valyutanın real kursunun göstəricisinə görə).