Rusiyaya ən çox hansı ölkələrdən axın edilir…

  • By admin
  • 24 İyun 2019 10:05

Rusiyaya ən çox axın edən miqrantların hansı ölkələrdən olduğu açıqlanıb

Gununsesi.org xəbər verir ki, bu barədə Rusiya Dövlət Statistika Xidməti məlumat yayıb.

Məlum olub ki, ukraynalılar bu siyahıda birinci yerdədir. Ukraynadan olan miqrant axını son dövrlər azalsa da, hər 4 miqrantdan biri bu ölkədəndir.

Siyahıda ikinci yerdə Qazaxıstanın adı var, onun ardınca Tacikistan gəlir. Rusiyaya daha çox üz tutanların arasında Özbəkistan və Ermənistan vətəndaşları dördüncü yeri tutur. Bundan başqa, Rusiyaya Türkmənistandan da fəal miqrant axını qeydə alınır.

Qeyd olunur ki, 2018-ci il göstəricisinə əsasən, ölkəyə 565 mindən çox miqrant gəlib ki, onların da 90%-i MDB ölkələrinin vətəndaşlarıdır.

Gununsesi.org