Rusiyaya məxsus təyyarə təcili eniş edib

  • By admin
  • 12 Fevral 2018 23:44

Moskva-Surqut marşrutu ilə uçan “Boeing” sərnişin təyyarəsi “Vnukovo” hava limanına dönərək təcili eniş edib.

Gununsesi.info xəbər verir ki, buna sərnişin salonundakı tüstülənmə səbəb olub.

Təyyarənin göyərtəsində 130 nəfər olub. Hadisə nəticəsində zərərçəkən yoxdur. İnsidentin səbəbləri araşdırılır.

Gununsesi.info