Rüstəm İbrahimbəyov Bakıda - SABİQ PREZİDENTLİYƏ NAMİZƏD HAKİMİYYƏTƏ YAXIN ZİYALILARLA BİR MASADA/ FOTOLAR

  • By admin
  • 17 Fevral 2019 20:36

Milli Şuranın fəxri sədri, keçmiş Prezdidentliyə namizəd Rüstəm İbrahimbəy Bakıya gəlib.

Gununsesi.org xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlarla yanaşı onun fotosu da paylaşılıb.

Fotoda diqqəti çəkən məqamlardan biri isə  Rüstəm İbrahimbəyovun qatıldığı ziyafət masasında AYB sədri Anar,   Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun və digər hökumətə yaxın şəxslərin görünməsidir.

Bundan başqa məclisdə  professor Qulu Məhərrəmli, kinorejissor Tahir Tahiroviç, şair Baba Vəziroğlu və başqa tanınmış şəxslər də yer alıb.

Qeyd edək ki, Azərbaycan hakimiyyəti ilə münasibətlərində ciddi gərginlik yaşayan Rüstəm İbrahimbəyovun ölkəyə gəlməsində də ciddi maneə vardı.

Onun anidən Bakıya gəlişi və hakmiyyətə yaxın ziyalılarla bir məclisə qatılması suallara səbəb olub.

Gununsesi.org