“Rüşvətə görə qovulanlar vəkil olur” - YAP-ÇI DEPUTAT

  • By admin
  • 12 Oktyabr 2018 14:55

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur. 

Gununsesi.org xəbər verir ki,  müzakirələrdə çıxış edən Siyavuş Novruzov  vəkillərin sayının artırılmasına ehtiyac olduğunu deyib: “Bizdə vəkil deyəndə cinayətlə bağlı işlərdə iştirak edənlər nəzərdə tutulur. Ancaq minlərlə mülki məsələlər var ki, orada da vəkillərin iştirakına ehtiyac var. Odur ki, bu barədə təsəvvür  dəyişilməlidir və vəkillərin sayı artırılmalıdır. Qanun tamamilə dəyişdirilməlidir. Çünki bəzən hüquq-mühafizə orqanlarından rüşvət məsələsinə görə qovulanlar gəlib vəkilliklə məşğul olur. Hansı insanlar ki, bu orqanlarda işlərini şərəflə yerinə yetiriblərsə, bu işlə məşğul ola bilərlər. Amma rüşvətxorluq üstündə işdən qovulanların heç bir halda  bu işlə məşğul olmasına icazə verilməməlidir. Axı sən işləyəndə insanların hüququnu pozmusan. İndi, gəlib hüquq müdafiəçisi olmusan?!”.