Rza Zərrabın məhkəmə prosesi zamanı münsiflər iclasda yatıb

  • By admin
  • 02 Dekabr 2017 22:15

ABŞ-da şahid olaraq ifadə verən Rza Zərrabın geyimi diqqət çəkib.

Gununsesi.info xəbər verir ki, məhkəmə prosesinin üçüncü günündə Rza Zərrab ifadə verməyə davam edib. İlk gün məhkəmə iclas zalına məhkum paltarı ilə gətirilən Zərrabın ikinci gün isə kostyum geyinməsi diqqət çəkib.

Zərrab həbsxanada aldığı təhdidlər səbəbindən Federal Təhqiqatlar Bürosunun (FBI) nəzarətində olduğunu söyləyib.

Məhkəmə prosesi zamanı dünən olduğu kimi, bu gün də bəzi məhkəmə münsiflərinin mürgülədiyi müşahidə edilib.

Gununsesi.info