Şəkidə bina partladı

Şəkidə bina partladı

Şəkidə beşmərtəbəli yaşayış binasında partlayış baş verib.

FHN-dən Gununsesi.org-a verilən məlumata görə,  hadisə binanın 3-cü mərtəbəsində ümumi sahəsi 38 m² olan 1 otaqlı mənzildə olub. Yanğın nəticəsində mənzilin yanar konsturksiyaları 25 m² sahədə və ev əşyaları qismən yanıb, yüksək temperaturdan eyvanın lambirindən ibarət tavanı 7 m² sahədə qarsalanıb.

 Partlayış dalğasının təsirindən eyvanın pəncərə çərçivəsi dağılıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Gununsesi.org

COMMENTS