Səlcuq Özdağ:Ərdoğanın siyasəti vətəndaşlar tərəfindən dəstəklənmir

Səlcuq Özdağ:

İstanbuldan sonra AKP digər bölgələrdə də mövqelərini itirəcək.

Gununsesi.org xəbər verir ki, bunu AKP-dən olan keçmiş deputat Səlcuq Özdağ deyib.

“Son seçki sayəsində Türkiyə düşərgələrə, qütblərə ayrılmağı təklif edən siyasəti rədd etdi. Bu seçimin nəticələri İstanbulla kifayətlənməyəcək. Başqa siyasi yansımaları da olacaq”, – deyə o bildirib.

O, son seçkinin artıq Ərdoğanın siyasətinin vətəndaşlar tərəfindən dəstəklənmədiyini deyib.

Özdağ bundan sonra Türkiyə siyasətində kartların yenidən paylanılacağını və yeni siyasətçilərin ortaya çıxacağını söyləyib.

Qeyd edək ki, Özdağ Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğluya yaxınlığı ilə seçilir.

Gununsesi.org

COMMENTS