Səməd Seyidovun oğlunun Rusiya sevgisi- Moskva ilə münasibətlərinizi yaxşı edin

Səməd Seyidovun oğlunun Rusiya sevgisi

 

Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputat Səməd Seyidovun oğlu Urxan Seyidov Rusiya dövlətini açıq təqdir edən fikirlər səsləndirib. 
Gununsesi.org Demokrat.az-a istinadən  xəbər verir ki, Urxan Seyidov özünün instaqram səhifəsində Moskvada çəkdirdiyi fotosunu paylaşaraq, Otto fon Bismarka məxsus “Əgər siyasətdə uğur qazanmaq istəyirsinizsə, Rusiya ilə münasibətlərinizi yaxşı edin” fikirlərini yazıb.

 


Qeyd edək ki, Səməd Seyidov Azərbaycanın Avropaya inteqrasiyası sahəsində fəaliyyət göstərən fəal diplomat kimi tanınır. O uzun illərdir ki, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edir.

 

 

Gununsesi.org

 

COMMENTS