Şəmkirdə ər həyat yoldaşını baltalayıb

Şəmkirdə ər həyat yoldaşını  baltalayıb

Şəmkirdə ər həyat yoldaşını baltalayıb.

“Gununsesi.org”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Əliyev Ələkbər Müzəffər oğlu balta ilə həyat yoldaşı, 2000-ci il təvəllüdlü Mehdixanova Nərmin Famil qızının baş nahiyəsinə bir neçə zərbə endirərək, ona ağır xəsarət yetirib. Qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumatlara görə, N.Mehdixanova ilə Ə. Əliyev yeni ailə qurublar. Hadisənin başvermə səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS