Şəmkirdə ölümlə nəticələnən qəza- 1 NƏFƏR ÖLDÜ , 2 NƏFƏR İSƏ YARALANDI

Şəmkirdə ölümlə nəticələnən qəza

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Gununsesi.org-un verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Könüllü kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Chevrolet Niva” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində bir nəfərin öldüyü, iki nəfərin isə xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org

COMMENTS