Sərxoş sərnişinlər təyyarənin uçuşuna mane oldu

Sərxoş sərnişinlər təyyarənin uçuşuna mane oldu

Rusiyada sərxoş sərnişinlər Noyabrsk-Moskva istiqaməti üzrə uçan təyyarənin havaya qalxmasına əngəl olublar.

İnsident “YuTeyr” laynerinin göyərtəsində baş verib.

Şahidlərin sözlərinə görə, uçuşun gecikməsinə sərxoş sərnişinlər səbəb olublar. Digər sərnişinlər isə sərxoşların özlərini sakit apardıqlarını, lakin polislər onları göyərtədən çıxararkən bir qədər müqavimət göstərdiklərini deyiblər.

İnsident səbəbindən aviareysin uçuşu bir saat təxirə salınıb.

Gununsesi.org

COMMENTS