Səyavuş Heydərov:ÖZ DİNİ ƏDƏBİYYATLARIMIZIN ÇOXALMASINA ÜSTÜNLÜK VERMƏLİYİK

Səyavuş Heydərov:

Çalışırıq ki, Azərbaycan yazarlarının dini ədəbiyyatları daha çox nəşr olunsun. Çünki xarici ölkələrdən idxal olunan ədəbiyyatların əksəriyyətində Azərbaycanın milli-mənəvi dəyərləri ilə uzlaşmayan məqamlar var.

Gununsesi.org-un məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Onun sözlərinə görə, Azərbaycana dini ədəbiyyatların idxalı və nəşri prosesi davam edir:

“Bu sayda artım müşahidə edilir. Bunlar komitənin müvafiq şöbəsinin ekspertizasından keçir. Əgər bu ədəbiyyatlar bizim milli mənəvi-dəyərlərimizlə ziddiyyət təşkil edirsə, hansısa dini ədavəti qızışdıran fikirlər, ümumiyyətlə, tolerantlıq, multikulturalizmə qarşı fikirlər varsa, belə ədəbiyyatların idxalına icazə verilmir”.

“Əvvəllər xaricdən idxal olunan ədəbiyyatlarda Azərbaycanın milli-mənəvi dəyərləri ilə uzlaşmayan dini məqamlarla daha çox rastlaşırdıq. Artıq son illərdə bu, nadir məsələyə çevrilib”, – deyə sədr müavini qeyd edib.

S.Heydərov bildirib ki, artıq idxal edən və dini ədəbiyyat istehsal edən fiziki şəxslər də bu tələbi bilirlər:

“Ona görə də bizə yad olan dini ədəbiyyatların idxalı və istehsalı azalıb”.

Gununsesi.org

COMMENTS