“Səbəbi korrupsiya və pis idarəetmədir” – Tanınmış alim çökən Bibheybət yolu haqqında

  • By admin
  • 26 Noyabr 2019 17:01

“Yol yatağında daş və torpaq bərkitmə işlərinə milyonlarla vəsait silinib”.

Bu fikirləri tanınmış professor, iqtisadçı alim Qubad İbadoğlu öz Feysbuk səhifəsində ötən gün çökən Bakı şəhəri Bibheybət yolunun çökmə səbəbləri  haqqında öz fikirlərini bölüşərkən bildirib.

Gununsesi.org həmin yazını sizə təqdim edir: 

“Torpağın üzərinə döşənən asfalt qatının qalınlığındah hər şey aydın görünür.

Yol yatağında daş və torpaq bərkitmə işlərinə milyonlarla vəsait silinib.

Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında yenidən torpaq qatı sürüşməsi nəticəsində yolun istinad divarları uçub. Səbəbi korrupsiya və pis idarəetmədir. Diqqət edin”.

O, qeyd edib ki, Hesablama Palatası aparılmış nəzarət tədbirləri nəticəsində Dövlət İnvestisiya Proqramının layihəsinin “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın bəzi tələblərinə uyğun hazırlanıb təqdim olunmadığı qənaətindədir:

“Belə ki, əksər hallarda sifarişçi təşkilatlar tərəfindən
dövlət investisiya layihələrinin əsaslandırılmadığı, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təkliflərinin hazırlanmadığını, habelə yeni layihələndirilən layihələr üçün layihə-smeta sənədlərinin, texniki-iqtisadi əsaslandırmanın və texniki-iqtisadi hesablamaların Proqrama daxil edilməsi üçün İqtisadiyyat Nazirliyinə təqdim edilmədiyi müəyyən olunmuşdur. Nəticədə əsaslandırılması, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri, texniki-iqtisadi əsaslandırma və texniki-iqtisadi hesablamaları olmayan layihələr Dövlət İnvestisiya Proqramına (DİP) daxil edilir ki, bu da öz növbəsində tikinti-quraşdırma işlərinin vaxtında başa çatdırılmaması, DİP üçün nəzərdə tutulan vəsaitin il ərzində bir neçə dəfə yenidən bölüşdürülməsinə və DİP üzrə proqnozla gözlənilən icra və faktiki icra arasında ciddi fərqin olmasına, nəticədə dövlət vəsaitlərinin səmərəli istifadə olunmasına təsir edir.
Məlumat üçün qeyd edim ki, 2019-cu il üçün şəhərsalma və tikinti büdcəsi 6,3 milyard manat proqnozlaşdırılıb”.

Məlumat üçün qeyd edək ki, 2019-cu il üçün şəhərsalma və tikinti büdcəsi 6,3 milyard manat proqnozlaşdırılıb.

 

Gununsesi.org