“Səbail” mövsümə qələbə ilə başladı

  • By admin
  • 19 Avqust 2019 09:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun daha bir oyunu keçirilib.

Gununsesi.org-un məlumatına görə, Bayıldakı “ASCO Arena”da baş tutan matçda “Səbail” “Zirə”ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 1:0.

Yeganə qolun müəllifi Yevgeni Koçuk olub. O, 79-cu dəqiqədə penaltini dəqiq yerinə yetirməklə meydan sahiblərinə qələbə qazandırıb.

Gununsesi.org