“Səbail” Rumıniya təmsilçisi, “Sabah” isə “Spartak”ın əvəzediciləri ilə heç-heçə edib

  • By admin
  • 21 Yanvar 2020 19:11

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sabah” və “Səbail” komandaları növbəti yoxlama oyunlarını keçiriblər.

Gununsesi.org-un məlumatına görə, Jelko Sopiçin rəhbətlik etdiyi “Sabah” son sınağında Rusiyanın “Spartak” klubunun əvəzedici komandası ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Paytaxt təmsilçisinin qollarını komandaya qayıdan Marko Deviç və Ceyhun Nuriyev vurub.

“Səbail” isə üçüncü yoxlama görüşündə Rumıniya “Voluntari”si ilə qarşılaşıb. İlk iki matçda məğlub olan Aftandil Hacıyevin rəhbərlik etdiyi komanda heç-heçəyə nail ola bilib – 2:2.

Qeyd edək ki, ilk yoxlama oyununda Macarıstan “Pakş”ına 0:2 hesabı ilə məğlub olan “Sabah” Rumıniyanın “Akademika Klinçeni” klubu ilə qolsuz heç-heçə edib və Qazaxıstan “Kaysar”ını yenib – 3:1. “Səbail” Qazaxıstanın “Jetisu” klubuna 0:1, Ukraynanın “Olimpik” (Donetsk) komandasına isə 1:3 hesabı ilə uduzub.

 

Gununsesi.org