“Səbail”in futbolçusu Fransa və İslandiya ilə oyunlara dəvət edilib

  • By admin
  • 04 Noyabr 2019 11:38

Moldova millisinin yeni baş məşqçisi Engin Fırat Fransa və İslandiya yığmaları ilə AVRO-2020-nin seçmə oyunlarına çağırılan legionerlərin siyahısını açıqlayıb.

Gununsesi.org-un məlumatına görə, türkiyəli mütəxəssis Azərbaycan Premyer Liqasından yalnız “Səbail”in yarımmüdafiəçisi Yevgeni Koçuka dəvət göndərib. Əvəzində “Keşlə”nin qapıçısı Stanislav Namaşko yenə kənarda qalıb. Namaşko sonuncu dəfə iyunun 8-də Albaniya və iyunun 11-də Andorra ilə keçirilmiş matçlara çağırılıb. Lakin o, həmin qarşılaşmalarda ehtiyatda saxlanılıb.

Qeyd edək ki, Moldova Fransa ilə noyabrın 14-də səfərdə, İslandiya ilə iyunun 17-də evdə üz-üzə gələcək. Yevgeni Koçukun komandası 8 oyundan 3 xalla H qrupunda sonuncu pillədə qərarlaşıb.

 

Gununsesi.org