Səfir: “Azərbaycan tərəddüddə olmasın”

  • By admin
  • 05 Avqust 2016 12:39

Ismail_Alper_oil_school_271212_1

 

“Azərbaycan heç zaman tərəddüddə olmasın”.

Gununsesi.info-nun məlumatına görə,  bunu Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun Türkiyənin yenidən Ermənistanla sərhədləri açacağı ilə bağlı səslənən fikirlərə münasibətini açıqlayarkən bildirib. O, bildirib ki,  Türkiyə hər zaman Azərbaycanın yanındadır və bundan belə də sonadək Ermənistan-Azərbaycan münaqişəsi məsələsində Azərbaycanın yanında olacaq. Səfir bildirib ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin bağlanması səbəbi bəllidir: “Bunun da başlıca səbəbi Ermənistanın Azərbaycanın 20 faiz torpağını işğal etməsidir. Nə qədər ki, bu problem aradan qalxmayıb, Türkiyə heç zaman Ermənistanla sərhədlərini açmayacaq. Türkiyə bölgədə sülhün və sabitliyin tərəfdarı olan bir ölkə kimi, bu ölkələr arasında normal münasibətlərin olmasının tərəfdarıdır. Normal münasibətlərin olması üçün də bir ölkə digər ölkəyə qarşı  ərazi iddasından əl çəkməli və işğalçılıq siyasətinə son qoymalıdır. Əgər normal münasobət olarsa, digər ölkəyə qarşı ərazi iddiasında olmazsa, işğal siyasətindən əl çəkərsə, bizim bütün ölkələrlə normal münasibət qurmağımız mümkündür. Biz bölgədə sülhu və iqdisadi inkişafı təmin edəcəyik”.

Səfir bir daha onu vurğulayıb ki, Azərbaycanın Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsində tərəddüdlü olmamalıdır: “Ona görə ki, 15 iyul hadisələrində Azərbaycan necə türk xalqının  və haqqın yanında idisə, Türkiyə də bundan sonra  Azərbaycanın yanında olacaq. Azərbaycan torpağları işğal olunub və Ermənistan öz işğalçılıq siyasətinə son qoymalıdır”.

Gununsesi.info