Şəhərdə yarıçılpaq cəsədlər körpüdən asılmış formada tapıldı

  • By admin
  • 10 Avqust 2019 16:35

Meksikanın Uruapan şəhərində dəhşətli hadisə baş verib.

Gununsesi.org xəbər verir ki, şəhərin müxtəlif yerlərindən 19 parçalanmış cəsəd tapılıb.

Onlardan 9-u şəhərdəki körpülərin birindən asılıb. 6-sı qadın, 7-si kişiyə aid olan cəsədlər yarıçılpaq şəkildə tapılıb. Qurbanların silahla vurularaq öldürüldüyü təsbit edilib.

Məlumata görə, cinayətlər narkotik tacirlərinin narkotik bazarını ələ keçirmək üçün apardığı müharibə çərçivəsində törədilib. Hakim Adrian Lopez Solisins sözlərinə görə, cinayətkarların axtarışı üçün istintaq içi açılıb.

Gununsesi.org